Firma Resursları

firmanın əsas fəaliyyət istiqamətləri üzrə sabit işini və mənfəətin əldə edilməsini təmin edən vəsaitlər, imkanlılar, qiymətlilər, ehtiyatlar, gəlir mənbələri.
Firma Qiyməti
Firmanın Bağlanması
OBASTAN VİKİ
Firma
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
İnsan resursları
İnsan resursları — təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir. İnsan resurslarının idarə edilməsi -iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir. İlhami Fındıkçı, İnsan kaynakları yönetimi, I Baskı, 1999, ss. 23–24.
İqlim resursları
İqlim resursları- dedikdə konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür. Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -90 °C-dən +80 °C arasında tərəddüd edir, hərçənd yer üçün orta temperatur təxminən +15 °C təşkil edir. Quru ərazi bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km³ yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər vardır ki, ora 50–100 mm-dən də az yağıntı düşür. Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
Bank resursları
Bank resursları — maliyyə resurslarının spesifik tərkib hissəsidir, bankda mövcud olan və onun kredit və digər aktiv əməliyyatların aparılması üçün istifadə etdiyi vəsaitlərin məcmusudur. Bank resurslarının strukturu bankların ixtisaslaşmasından asılıdır. Bank resurslarının formalaşması maliyyələşdirmə adlanır. Bank resurslarının ümumiləşdirilmiş strukturu: kapital (nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondları, əvvəlki illərin bölüşdürülməmiş xalis gəliri, bölüşdürülməmiş xalis gəlir (zərər)); cəlb edilmiş resurslar (tələbsiz depozitlər, müddətli depozitlər, əhalinin əmanətləri, veksellər, banklararası kreditlər, müxbir hesablar). Cəlb edilmiş resurslar kommersiya banklarının balansında 80%-ə qədərdir, ona görə də belə bankların maliyyə nəticələri əsasən onların cəlb edilmiş resursları nə dərəcədə səmərəli formalaşdırmasından asılıdır. Банковское дело: учебник / под ред. д-ра экон. наук, проф. Г. Г. Коробовой. — 2-е изд., перераб.
Chamaepeuce firma
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Lotus (firma)
Lotus — 1955-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil firması. Firma bu gün Proton bünyəsi altındadır.
Rosa firma
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Litsea firma
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Malapoenna firma
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
Tetranthera firma
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.
İnsan resursları siyasəti
İnsan resursları siyasəti — kadrlarla işin istiqamətini və məzmununu müəyyən edən məqsəd və prinsiplər toplusu. Kadr siyasəti vasitəsilə insan resurslarının idarə edilməsinin məqsəd və vəzifələrinin həyata keçirilməsi həyata keçirilir, buna görə də insan resursları ilə iş sisteminin əsası hesab olunur. Kadr siyasəti təşkilatın rəhbərliyi tərəfindən formalaşdırılır, kadr xidməti tərəfindən öz funksiyalarını işçiləri tərəfindən yerinə yetirilməsi prosesində həyata keçirilir. Bu, aşağıdakı normativ sənədlərdə öz əksini tapmışdır: daxili qaydalar kollektiv müqavilə Təşkilatın məqsədlərinə çatmasına töhfə verən kadr siyasəti aşağıdakı əsas vəzifələri həll etməlidir: hər bir işçinin bacarıq və ixtisas potensialından səmərəli istifadə etmək; təşkilatı hüquqlu və maraqlı işçilərlə təmin etmək; təşkilatda işçilərin maksimum özünü ifadə etməsinə nail ola bildikləri işdən tam razı qalmaları üçün şərait yaratmaq; hər bir işçinin komandada layiqli mənəvi mühiti saxlamaq istəyini stimullaşdırmaq və dəstəkləmək; işçilər arasında bütün komandanın, bütövlükdə təşkilatın ümumi faydasına nail olmaq istəyini dəstəkləmək. Kadr siyasətində xüsusi diqqət cari uzunmüddətli planlaşdırma əsasında — menecerlər üçün idarəetmə karyerasının idarə edilməsi proqramları əsasında idarəedici kadrların hazırlanmasına verilir. Proqram, yüksəliş perspektivi ilə müxtəlif təşviq və təminatlar əsasında təşkilatın ehtiyaclarını və namizədin keyfiyyətlərini nəzərə almaqla hər bir menecer üçün fərdi karyera planlamasını nəzərdə tutur. Koordinasiya edilmiş əmək haqqı və onun nəticələrinə görə mükafatlandırma sistemi kadr siyasətinin prinsipial mühüm tərkib hissəsinə çevrilməlidir. Bu mürəkkəb problemin həlli peşəkar bilik, iş stajı və iş təcrübəsi, intellektual və fiziki imkanlar, iş şəraiti və keyfiyyəti, işçinin işin yekun nəticəsinə töhfəsi kimi amilləri nəzərə almalı olan etibarlı qiymətləndirmə sisteminin işlənib hazırlanmasını təşkilatın fəaliyyəti tələb edir. Təşkilatın kadr siyasətinə aşağıdakı amillər təsir göstərir: Müxtəlif əmək qanunları və əməklə bağlı qanunvericilik aktları nəzərə alınmalıdır. Siyasətlər ölkənin, əyalətin və/və ya vilayətin qanunlarına uyğun olmalıdır, əks halda onlar təşkilat üçün problemlər yarada bilər.
Kelvin Kleyn (firma)
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Abies firma var. jezoensis
Ayan küknarı (lat. Picea jezoensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatkada, Saxalində, Şimali Amerikada və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir.
Pinus firma var. jezoensis
Ayan küknarı (lat. Picea jezoensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatkada, Saxalində, Şimali Amerikada və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir.
Litsea firma var. austrannamensis
Litsea umbellata (lat. Litsea umbellata) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü. Hexanthus umbellatus Lour. Litsea hexantha Juss. ex Pers.